İngiltərə Premyer Liqasının 8-ci turunda “Tottenhem” “Lester”i qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 6-cı dəqiqəsində Tilemans penaltini dəqiq yerinə yetirərək hesabı açısa da iki dəqiqə sonra - 8-ci dəqiqədə Keyn hesabı bərabərləşdirib. 21-ci dəqiqədə Dayer meydan sahiblərini hesabda irəçi çıxarsa da 41-ci dəqiqədə fərqlənən Meddison hesabı bərabərləşdirib.
Matçın 47-ci dəqiqəsində Bentankur yenidən “Tottenhem”i hesabda irəli çıxarıb - 3-2. 73, 84 və 86-cı dəqiqlərdə fərqlənən Min matçda son nöqtəni qoyub - 6-2.
Matç meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.
“Tottenhem” 6–2 “Lester”
Qollar: Tilemans, 6-pen (0:1), Keyn, 8 (1:1), Dayer, 21 (2:1), Meddison, 41 (2:2), Bentankur, 47 (3:2), Min, 73 (4:2), 84 (5:2), 86 (6:2)