17 sentyabr 2022 21:32
683

“Qəbələ” Qəbələdə qələbə qazandı

Misli Premyer Liqasında 7-ci turu çərçivəsində "Qəbələ" "Sumqayıt"ı qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 8-ci dəqiqəsində Ramon Maçado hesabı açıb. 84-cü dəqiqədə isə Rövlan Muradov birbaşa qırımızı vərəqə alaraq “Qəbələ”ni azlıqda qoyub.

Oyunda başqa qol vurulmayıb – 1-0.

Qələbə sayəsində xallarını 12-yə çatdıran “Qəbələ” 4-cü pilləyə yüksəlib.

Misli Premyer Liqası

VII tur

17 sentyabr (şənbə)

19:00. “Qəbələ” 1–0 “Sumqayıt”

Qol: Ramon Maçado, 8

Qırmızı vərəqə: Rövlan Muradov, 84-birbaşa qırmızı vərəqə ("Qəbələ")

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Səbuhi Bayramov

Qəbələ şəhər stadionu