17 sentyabr 2022 16:59
590

Ardıcıl 4 səfər matçında fərqlənən ilk oyunçu

"Mançester Siti" klubunun futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

“İki sahil” xəbər verir ki,  22 yaşlı hücumçu buna "Vulverhempton"a qarşı keçirdikləri VIII tur oyununda nail olub.

16-cı dəqiqədə "şəhərlillər"in 2-ci qoluna imza atan norveçli forvard ardıcıl 4 səfər matçında fərqlənən ilk oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və "Mançester Siti" 2:0 hesabı ilə öndədir.