17 sentyabr 2022 09:03
590

MPL: "Qəbələ" "Sumqayıt"ı qəbul edəcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında VII turun daha bir oyunu keçiriləcək.

“İki sahil” xəbər verir ki, "Qəbələ" klubu "Sumqayıt"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq.

Hazırda "qırmızı-qaralar" 9 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi isə 3 xalla 8-ci pillədə qərarlaşıb.

İki komanda indiyədək ölkə çempionatında 39 dəfə qarşılaşıb. Bunların 22-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıblar. 12 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbəti də əyalət təmsilçisinin xeyrinədir - 63:29.

“Sumqayıt” son 4 oyunda qalib gəlməyib. “Qəbələ” son 5 ev matçından xalsız və qolsuz ayrılmayıb.

Misli Premyer Liqası

VII tur

17 sentyabr (şənbə)

19:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Turan Tovuz"u 3:1, "Neftçi" isə səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 18-də keçiriləcək "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.