16 sentyabr 2022 16:38
551

Haalanddan Premyer Liqada yeni rekord

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland Premyer Liqada avqust ayının ən yaxşı oyunçusu seçilib.

“İki sahil” xəbər verir ki, "şəhərlilər"in yeni transferi ilk ayında bu nəticəni əldə edib. Norveçli forvard avqustda meydana çıxdığı 5 oyunda 9 qol vurub, 1 məhsuldar ötürmə edib.

 Bu isə Premyer Liqada rekord başlanğıc hesab olunur. Haaland Premyer Liqanın ilk 5 oyununda 8 qol vuran Maykl Kuinn və Serxio Aqueronun rekordunu qırıb.