Marko Yankoviç 71-ci dəqiqədə 3-cü qolu vurur.
**
Abdulla Zubir, 64-cü dəqiqədə “Nant”ın qapısına ikinci topu vurur.
***
59-cu dəqiqədə Ovusu Kvabena hesabı açır.
***
Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ilk hissə başa çatıb.
Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
***
Bu gün Avropa Liqasında II turun oyunları keçiriləcək.
“İki sahil” xəbər verir ki, Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi “Qarabağ” da növbəti matçına çıxacaq.
Qurban Qurbanovun komandası doğma azarkeşləri önündə Fransanın “Nant” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma 20:45-də başlayacaq.
Avropa Liqası
Qrup mərhələsi, II tur
15 sentyabr
20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa)
Baş hakim: Enea Jorgji (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
***
Saat 20:45-də start götürəcək qarşılaşmaya komandalar aşağıdakı heyətlərlə çıxacaq:
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 19. Filip Ozobiç, 20. Kadi Borges, 11. Kvabena Ovusu, 10. Abdullah Zubir
Baş məşqçi: Qurban Qurbanov
“Nant”: 1. Alban Lafont (k), 4. Nikolas Pallua, 21. Jan-Çarlz Kastelletto, 2. Fabio, 27. Mozes Simon, 17. Mussa Sissoko, 8. Samuel Motussami, 10. Lüdovik Blas, 24. Sebastien Korçia, 14. İqnatius Qanaqo, 31. Mustafa Məhəmməd
***
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun II turunda Bakıda Fransa "Nant"ı ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeşlər qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini sükutla yad ediblər.
Görüşün ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri dayışıb. 14-cü dəqiqədə Fransa təmsilçisinin futbolçusu Moyzes Simonun fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev mane olub. "Köhlən atlar" ilk hissənin ortalarından təşəbbüsü ələ alıb.
Simon 27-ci dəqiqədə Məhəmmədəliyevlə təkbətək çıxsa da, növbəti dəfə dueldən məğlub ayrılıb. 30-cu dəqiqənin tamamında Elvin Cəfərquliyevin zərbəsindən sonra top qapının üstündən keçib. Daha sonra Kvabena Ovusu qolkiperlə təkbətək çıxsa da, fürsətdən yararlana bilməyib. "Qarabağ" hissənin sonlarında hücumlarının kəsərini artırıb. 43-cü dəqiqədə Bədavi Hüseynovun başla fərlənməyə yaxın olsa da, rəqib qapıçı Alban Lyafon hesabın açılmasına imkan verməyib.
İkinci yarıda da Azərbaycan təmsilçisi topa daha çox nəzarət edən tərəf olub. 51-ci dəqiqədə Ovusu növbəti dəfə Lyafon səddini keçə bilməyib. Buna baxmayaraq, 25 yaşlı qanalı hücumçu 60-cı dəqiqədə hesabı açmağa müvəffəq olub. 5 dəqiqə sonra Kadi Borgesin ötürməsindən sonra Abdullah Zubir hesab arasındakı fərqi artırıb. 72-ci dəqiqədə Marko Yankoviç baxımlı qola imza ataraq qonaqları məyus edib. "Nant" sonrakı dəqiqələrdə hesab arasındakı fərqi azaltmağa çalışsa da, istəyinə çata bilməyib.
Rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qələbəsini qazanıb.
G qrupunun digər matçında Almaniya "Frayburq"u Yunanıstanda 3:0 hesabı ilə üstələyib. Bundesliqa klubu 2 turdan sonra 6 xalla liderdir. "Nant" və "Qarabağ"ın 3 xalı var. Sonuncu sıradakı "Olimpiakos"un isə xalı yoxdur.