15 sentyabr 2022 18:05
745

Kraliça II Elizabet bizim toyumuzu təbrik etmişdi - İnna Banişevskaya

“Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin həyat yoldaşı İnna Banişevskaya Rusiya mətbuatına müsahibə verib.

“İki sahil” xəbər verir ki,  o, futbolçu ilə evlilik tarixçələrindən danışıb. 

İ.Banişevskaya bildirib ki, onların toyunu Böyük Britaniya kraliçası II Elizabet təbrik edib: “1996-cı ildə evləndik. Toyumuzda 200 adam var idi. Bəziləri toyumuzda iştirak üçün saxta dəvətnamə hazırlamışdı.

Məşhurların bir çoxu toyumuza gəlmişdi. Böyük Britaniyanın həmin vaxtkı baş naziri olan Harold Vilsan məktub göndərmişdi. Məktubda kraliçanın bizi təbrik etdiyi yazılmışdı. II Elizabet Anatolini dünya çempionatında tanımışdı”.