15 sentyabr 2022 15:23
523

Ançelotti 100-ə çatdı

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında 100-cu qələbəsini qazanıb.

"İki sahil" "Opta"ya istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssisin komandası ötən gecə qrup mərhələsinin 2-ci turunda "Leyptsiq"ə qalib gəlib - 2:0. Bu, Ançelottinin ÇL-də ümumilikdə 100-cü qələbəsi olub.

O, yalnız "Mançester Yunayted"inin sabiq baş məşqçisi Aaleks Ferqyussondan geri qalır - 102 qalibiyyət.

Qeyd edək ki, Karlo Ançelotti karyerası ərzində "Yuventus", "Milan", "Napoli", "Çelsi", PSJ, "Bavariya" kimi komandaları da çalışdırıb.