"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasında mövsümün rekorduna imza atıb.
"İki sahil" "Opta"ya istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi buna ötən gecə qrup mərhələsinin 2-ci turunda "Reyncers"lə görüşdə (0:3) nail olub. O, rəqibin qapısına 8 zərbə vurub. Belə nəticə ÇL-in 2022/23 mövsümü üçün rekorddur.
Qeyd edək ki, Xviça bu yay "Dinamo"dan (Gürcüstan) "Napoli"yə keçib.
Xatırladaq ki, Xviça Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.