Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək.
"İki sahil" xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” qrupda ilk ev oyununa çıxacaq.
Qurban Qurbanovun komandası Fransa “Nant”ını qəbul edəcək.
İlk turda Almaniyada “Frayburq”a uduzan (1:2) Ağdam klubu qrupda ilk xallarını qazanmağa çalışacaq.
Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda “Frayburq”u qəbul edəcək.
15 sentyabr
Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa)
Baş hakim: Enea Jorgji (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu