14 sentyabr 2022 15:22
566

"Arsenal"ın Avroliqada təxirə salınan oyunun vaxtı açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda təxirə salınan "Arsenal" (İngiltərə) - PSV (Niderland) oyununun keçiriləcəyi vaxt açıqlanıb.

"İki sahil" UEFA-nın saytına istinadən xəbər verir ki, görüş oktyabrın 20-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Həmçinin bu səbəbdən Premyer Liqadakı "Arsenal" - "Mançester Siti" qarşılaşması təxirə salınıb.

Xatırladaq ki, "Arsenal" - PSV oyunu sabah - sentyabrın 15-də keçirilməli idi. Lakin matç Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemlərə görə təxirə salınıb.