14 sentyabr 2022 14:23
652

"Everton" 38 yaşlı oyunçu transfer etdi

İngiltərənin "Everton" klubu heyətinə yeni qapıçı cəlb edib.

"İki sahil" Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı isveçrəli Eldin Yakupoviçlə 1 illik müqavilə imzalanıb.

Əsas qapıçılar Cordan Pikford və Endi Lonerqan zədələndiyindən 4 ildir "Lester"də ehtiyatda oturan Yakupoviç transfer edilib.

Qeyd edək ki, təcrübəli qolkiper 2017-ci ildən "Lester"in üzvü idi.