14 sentyabr 2022 13:01
593

Gələnə qədər xəbərləri oxuyurdum - Qurban Qurbanov

“Heç də danışmaq, fikir bildirmək asan deyil. Hamınız bilirsiz ki, şəhidimiz çoxdur. Şəhidlərimizə Allah rəhmət eləsin. Əfsuslar olsun ki, gənclərimiz canlarından keçiblər. Gələnə qədər xəbərləri oxuyurdum elə”.

“İki sahil” xəbər verir ki,  bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis sabah Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda qarşılaşacaqları Fransanın “Nant” klubu ilə oyunöncəsi mətbuat konfransında jurnalistlər önündə çıxış edib: “Oyun barədə çox şey demək istəmirəm. Suallarınız olsa, cavab verərəm”.