14 sentyabr 2022 12:08
592

"Barselona" "Bavariya" ilə bacarmır

"Bavariya" ardıcıl 5 oyundur ki, "Barselona"nı məğlub edir.

“İki sahil” xəbər verir ki, Münhen klubu ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda evdə Kataloniya klubuna 2:0 hesabı ilə qalib gəlib.

Bundan əvvəl "Bavariya" 3:0, 3:0, 8:2 və 3:2 hesablı qələbə qazanmışdı. Son beş matçda top fərqi 19:4-dür.

"Barselona"nın "Bavariya" üzərində son qələbəsi 2015-ci ilin mayında olub. Həmin zaman İspaniya klubu Çempionlar Liqasının yarımfinalında 3:0 hesablı qələbə qazanıb.