13 sentyabr 2022 23:32
604

Messiyə yeni təklif

PSJ ulduz futbolçusu Lionel Messini heyətində saxlamağa qərar verib.

“İki sahil” xəbər verir ki, bu üzdən də hücumçuya yeni müqavilə təklif olunacaq.

Fransa klubu Messi ilə 2 illik anlaşma imzalamağı planlaşdırır. Lakin hələ danışıqlara start verilməyib. Klub rəhbərliyi Qətərdəki DÇ-2022-dən sona Lionellə danışıqlara başlayacaq.

Qeyd edək ki, argentinalı cari mövsümün 7 oyununda 3 qol və 7 assistə imza atıb.