13 sentyabr 2022 17:47
626

Bundesliqa klubunda baş məşqçi istefası

Almaniya Bundesliqa təmsilçisi "Bohum" baş məşqçisi Tomas Raysla yolları ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandaya müvəqqəti olaraq daha əvvəl U-19 komandası ilə çalışmış Heyko Butçer başçılıq edəcək.

Qeyd edək ki, "Bohum" Bundesliqada bu mövsüm keçirdiyi 6 turda hamısında uduzub və 0 xalla sonuncu pillədə qərarlaşıb.