13 sentyabr 2022 12:09
532

Millimiz Qırğızıstan və Moldova ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda iki yoldaşlıq görüşü keçirəcək.

"İki sahil"in AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, rəqiblər sentyabrın 24-də Qırğızıstan, sentyabrın 27-də isə Moldova olacaq.

Bakı Olimpiya Stadionundakı hər iki qarşılaşma saat 19:00-da başlanacaq.