ABŞ-da təlim-məşq toplanışını başa vuran kişi boksçulardan ibarət Azərbaycan milli komandası Puebloda keçirilən beynəlxalq turnirə qatılıb.
Boks Federasiyasından "İki sahil"ə verilən məlumata görə, yığmamızla yanaşı, ev sahibləri, Çin, Almaniya, Puerto-Riko və Filippin millilərinin qatıldığı yarışın ilk günü 2 idmançımız mərhələ adlayıb.
57 kq çəki dərəcəsində rinqə çıxan Ümid Rüstəmov çinli Xinyan Vanqdan güclü olub. Boksçumuz rəqibini 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. Bu qələbə sayəsində Rüstəmov yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, finala vəsiqə uğrunda Ping Lyu (Çin) ilə üz-üzə gələcək.