"Arsenal"ın (İngiltərə) Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda PSV (Niderland) ilə keçirəcəyi ev oyunu təxirə salınıb.
“İki sahil” xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Sentyabrın 15-də keçirilməli olan matç qeyri-müəyyən müddətə təxirə salınıb.
Belə qərarın verilməsinə səbəb isə Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemləridir.