12 sentyabr 2022 12:25
535

Futbolçu oyun zamanı ölüb

Meksikada futbolçu oyun zamanı ölüb.

“İki sahil” xəbər verir ki,  Meksikanın Oaxaka ştatının Santa-Lusia del Kamino şəhərində baş verib. 

Həvəskar futbolçular arasında keçirilən matçda Raul Reyes adlı oyunçu huşunu itirərək yerə yıxılıb.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Raul Reyesin ürəktutmasından vəfat etdiyi bildirilir.