Bu gün Misli Premyer Liqasının 6-cı turu çərçivəsində “Qarabağ” “Sabah”ı qonaq edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 29-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Musa Qurbanlı hesabı açsa da ağdamlıların sevinci çox çəkməyib. Belə ki, “Sabah”ın futbolçusu Emannuel Apeh oynun 33-cü dəqiqəsində bərabərlik qolunu vurub.
Abdulaye Banın 43-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulduğu matçın 51-ci dəqiqəsində Elvin Cəfərquliyev yenidən “köhlən atları” hesabda önə çıxarıb.
Qarşılaşmanın 60-cı dəqiqəsində Coy Lens Mikelsin vurduğu qolla “Sabah” yenidən hesabı bərabərləşdirib. 69-cu dəqiqədə isə Aleksey Kaşuk bakılıları hesabda önə çıxarıb – 2-3.
Matçın 83-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirən Ramil Şeydayev “Qarabağ”ın bərabərlik, 90+4-cü dəqiqədə isə, yenə də penaltidən qələbə qolunun müəllifi olub.
Misli Premyer Liqası
6-cı tur
11 sentyabr (bazar)
20:30. “Qarabağ” 4–3 “Sabah”
Qol: Musa Qurbanlı, 29 (1:0), Emannuel Apeh, 33 (1:1), Elvin Cəfərquliyev, 51 (2:1), Coy Lens Mikels, 60 (2:2), Aleksey Kaşuk, 69 (2:3), Ramil Şeydayev, 83-pen. (3:3), Ramil Şeydayev, 90+4-pen. (4:3)
Qırmızı vərəqə: Abdulaye Ba, 43-ikinci sarı vərəqə ("Sabah")
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
“Azersun Arena”