Bu gün Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Sumqayıt" "Şamaxı"nı qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 3-cü dəqiqəsində "Şamaxı"nın qapısına təyin edilən penaltini dəqiq yerinə yetirən Almir Aqanspahiç hesabı açsa də 45-ci dəqiqədə Bahadur Həziyev bərabərlik qolunun müəllifi olub.
Oyunda əlavə qol vurulmayıb.
Misli Premyer Liqası
6-cı tur
11 sentyabr (bazar)
18:00.“Sumqayıt” 1–1 “Şamaxı”
Qollar: Almir Aqanspahiç, 3-pen.(1:0), Bahadur Həziyev, 45 (1:1)
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Cavanşir Yusifov, Emin Əliyev
“Kapital Bank Arena”