11 sentyabr 2022 10:03
656

Ronaldo geridə qalıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldunun nailiyyətini geridə qoyub.

“İki sahil” xəbər verir ki,  34 yaşlı hücumçu buna "Kadis"i 4:0 hesabı ilə məğlub etdikləri La Liqanın V tur oyununda müvəffəq olub.

Polşalı forvard yerli çempionatdakı ilk 5 matçında 6 dəfə fərqlənib. Ronaldu 2009-cu ildə "Real Madrid"də oynadığı dönəmdə La Liqadakı ilk 5 görüşdə 5 qola imza atıb.

Qeyd edək ki, Robert Levandovski iyulda Almaniya "Bavariya"sından Kataloniya təmsilçisinə keçib.