10 sentyabr 2022 22:32
571

“Zirə” “Səbail”i məğlub etdi

Misli Premyer Liqasının 6-cı turunda “Səbail” “Zirə”ni qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 5-ci dəqiqəsində Dmitrios Çantakias hesabı açsa da 12-ci dəqiqədə Ağabala Ramazanov hesabı bərabərləşdirib. 32-ci dəqiqədə isə Sertan Taşkın yenidən “Zirə”ni hesabda önə çıxarıb.

Oyunda başqa qol vurulmayıb.

Misli Premyer Liqası

6-cı tur

10 sentyabr (şənbə)

20:30.“Səbail” 1–2 “Zirə”

Qollar: Dmitrios Çantakias, 5 (0:1), Ağabala Ramazanov, 12 (1:1), Sertan Taşkın, 32 (1:2)

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Tural Qurbanov

“ASCO Arena”