Misli Premyer Liqasının 6-cı turunda "Qəbələ" "Neftçi"ni qəbul edib.
“İki sahil” xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmanın 31-ci dəqiqəsində Məqsəd İsayev hesabı açıb. 46-cı dəqiqədə Ataa Caber hesabı bərabərləşdirib, 53-cü dəqiqədə isə özünün və komandasının ikinci qolunu vurub – 1-2.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası
6-cı tur
10 sentyabr (şənbə)
18:00.“Qəbələ” 1–2 “Neftçi”
Qol: Məqsəd İsayev, 31 (1:0), Ataa Caber, 46 (1:1), 53 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu