09 sentyabr 2022 18:05
495

AFFA və PFL rəhbərliyi Qərb bölgəsinə səfər edib

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Qərb bölgəsinə səfər edib.

“İki sahil” xəbər verir ki, bu barədə PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Onun sözlərinə görə, səfərin məqsədi həm hazırda Tovuzda yerli komanda ilə "Kəpəz" arasında keçirilən Premyer Liqanın VI turunun açılış matçını izləmək, həm də bölgə klublarının durumu ilə yerində maraqlanmaqdır: "Tam heyətlə səfərə gəlmişik. Oyundan öncə "Turan Tovuz" klubunun rəhbər heyəti ilə görüş keçirildi, müzakirələr aparıldı. Sabah Gəncədə "Kəpəz" rəhbərliyi ilə Gəncə şəhər stadionunda görüş olacaq".

Abdullayev sentyabrın 10-da isə Qəbələyə yollanacaqlarını və yerli komanda ilə "Neftçi"nin qarşılaşmasını izləyəcəklərini söyləyib.