09 sentyabr 2022 16:04
495

Marko Veşoviç: Nəticəyə görə təəssüflənirik

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Avropa Liqasının qrup mərhələsində "Frayburq"la keçirilən görüşlə bağlı fikirlərini bölüşüb.

“İki sahil” xəbər verir ki, monteneqrolu futbolçu Almaniyada keçirilən görüşdən sonra "İnstagram" hesabında yazıb: “Yaxşı performans oldu. Nəticəyə görə təəssüflənirik. İrəliyə baxırıq”.

Xatırladaq ki, Avropa Liqasının G qrupunda keçirilən görüş “Frayburq”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın yeganə qolunu Marko Veşoviç vurub.