09 sentyabr 2022 15:30
518

İngiltərə Premyer Liqasında tur təxirə salınıb

İngiltərə Premyer Liqasının VII turu təxirə salınıb.

“İki sahil” xəbər verir ki, bunu Premyer Liqanın mətbuat xidməti açıqlayıb.

Belə addım atılmasına Böyük Britaniyanın kraliçası II Yelizavetanın ölümü səbəb olub. 1952-ci il fevralın 6-da 25 yaşında taxta çıxan kraliça 70 il ölkəni idarə edib.

Qeyd edək ki, II Yelizavetanın 97 yaşında ölümünə görə Avropa Liqasının “Mançester Yunayted” – “Real Sosyedad” görüşü 1 dəqiqəlik sükutla başlayıb.