08 sentyabr 2022 21:48
488

Oyun azarkeşlərin kütləvi davasına görə gec başlayıb

Fransada "Nitsa" və Almaniyanın "Köln" komandaları arasında UEFA Konfrans Liqasının D qrupunun ilk tur oyunu nəzərdə tutulan vaxtdan gec başlayıb.

“İki sahil” xəbər verir ki,  buna matçdan öncə iki klubun azarkeşləri arasında baş vermiş kütləvi dava səbəb olub. Nəticədə görüş 55 dəqiqə gec start götürüb.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan matçda hesab açılmayıb.