06 sentyabr 2022 11:00
448

Mahirin komandası "Çelsi"yə qarşı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) Çempionlar Liqasının E qrupunda ilk oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Xorvatiya təmsilçisi evdə İngiltərə nəhəngi "Çelsi"ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Çempionlar Liqası, E qrupu, 1-ci tur

6 sentyabr

20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə)

Baş hakim: İstvan Kovaçs (Rumıniya)

"Maksimir" stadionu