FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Fransa millisinin əfsanəvi futbolçusu Marsel Desayi ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüş ali futbol qurumunun Parisdə yerləşən ofisində baş tutub.
AFFA-nın sabiq vitse-prezidentinin qonağı olan veteran müdafiəçi onunla fikir mübadiləsi aparıb.
Qeyd edək ki, M.Desayi futbolçu karyerası ərzində ölkəsinin "Marsel", İtaliyanın "Milan" və İngiltərənin "Çelsi" klublarında çıxış edib.