05 sentyabr 2022 17:53
437

"Qalatasaray" PSJ ilə razılığa gəldi

PSJ-nin hücumçusu Mauro İkardi karyerasını Türkiyədə davam etdirəcək.

"İki sahil" "Fanatik"ə istinadən xəbər verir ki, "Qalatasaray" 29 yaşlı futbolçunu icarəyə götürməklə bağlı Paris klubu ilə razılığa gəlib.

Qeyd edək ki, Argentina millisinin üzvü 2019-cu ildən PSJ-də çıxış edir.