03 sentyabr 2022 19:59
441

Olimpiya çempionu uşaqlar üçün ustad dərsi keçib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə növbəti ustad dərsi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Bakıda Heydər Əliyev Mərkəzinin parkında gerçəkləşib.

Uşaqlar üçün ustad dərsini ACF prezidentinin müşaviri, dünya çempionatının mükafatçısı Natiq Bağırov keçib.

Tədbirə ACF-in vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli və Rüstəm Orucov, Səid Mollayi, Orxan Səfərov kimi tanınmış cüdoçular da qatılıb.