Azərbaycan idmançıları Bişkekdə Dünya Köçəri Oyunlarının açılış mərasimində bayraqlarla keçiddə iştirak ediblər.
“İki sahil” xəbər verir ki, müvafiq videonu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkələrdə paylaşıb.
"Dünya Köçəri Oyunlarında Azərbaycan heyətinin qürurlu keçidi! Zəngin milli irsimizi, qədim ənənələrimizi və Azərbaycan ruhunu dünyaya nümayiş etdirən komandamıza uğurlar arzulayırıq!",- paylaşımda qeyd olunub.
Vüqar Rəhimzadə: Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT
Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir