03 sentyabr 2022 17:38
557

Mersisayd derbisi keçirilib

Futbol üzrə İngiltərə Premyer Liqasının VI turunda Mersisayd derbisi keçirilib.

“İki sahil” xəbər verir ki,  "Everton" "Liverpul"u qəbul edib. "Qudison Park" stadionundakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Meydan sahiblərinin heyətində Konor Koudi 69-cu dəqiqədə topu rəqib qapısından keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb.

"Liverpul" hazırda 9 xalla 5-ci, "Everton" isə 4 xalla 14-cü pillədə qərarlaşıb.