02 sentyabr 2022 13:50
507

MOK-un 30 illik yubileyi münasibətilə rəsmi tədbir noyabrda keçiriləcək

Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı ilə bağlı mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran MOK-un  vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Avropa Olimpiya Komitəsinin (EOC) bu ilki tədbirləri siyahısında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yubiley tədbiri də qeyd olunub.

“İki sahil” xəbər verir ki,  MOK-un 30 illik yubiley tədbirinə EOC və Beynəlxalq Olimpiya Komitəsinin rəsmilərinin  də qatılacağı gözlənilir. 

Çingiz Hüseynzadə yubileyin dəqiq tarixinin yaxın vaxtlarda müəyyənləşəcəyini də bildirib. "Rəsmi tədbirin noyabr ayınin 10- 12- aralığında baş tutacağını proqnozlaşdırırq. "