02 sentyabr 2022 07:59
453

Azərbaycan komandası ÇL-də ilk qələbəsini qazanıb

Azərbaycanın “Beerbaşa” komandası minifutbol üzrə Çempionlar Liqasında növbəti oyununu keçirib.

"İki sahil" xəbər verir ki, B qrupunda çıxış edən kollektiv ikinci turda Bolqarıstanın "DXC Technology” klubu ilə qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən "Beerbaşa" avrokuboklarda qələbə və xal qazanan Azərbaycan klubu kimi adını minifutbol tarixinə yazdırıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi B qrupunun ilk matçında Çexiyanın "G.I.C. La Plate de Künde Praqa" komandasına 1:2 hesabı ilə uduzub.