01 sentyabr 2022 21:23
462

Qarşıdakı 6 gündə "Frayburq"la səfər oyununa hazırlaşacağıq - Qurban Qurbanov

"3-4 futbolçu ilə danışıqlar gedirdi. Amma alınmadı. Əlimizdəki futbolçularla qarşıdakı görüşlərə hazırlaşacağıq".

“İki sahil” xəbər verir ki,  bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra CBC Sporta açıqlamasında deyib.

50 yaşlı mütəxəssis 3 xal qazandıqları üçün razı qaldığını bildirib: "Amma bəlkə də belə hesabın komandaya xeyri dəyir. Qarşıdakı 6 gündə UEFA Avropa Liqasının qrup mərhələsində "Frayburq"la səfər matçına hazırlaşacağıq".