01 sentyabr 2022 18:49
469

"Barselona" futbolçusu ilə müqaviləni ləğv edib

İspaniyanın "Barselona" klubu futbolçusu Martin Breytueytlə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, 31 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

Danimarkalı forvardın sözləşməsi 2024-cü ildə başa çatmalı idi. Breytueytin "Espanyol"a keçəcəyi gözlənilir.

Qeyd edək ki, Martin Breytueyt 2020-ci ildən "Barselona"da çıxış edib.