"Beşiktaş" futbolçusu Serdar Saatçını "Braqa"ya transfer olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Portuqaliya klubunun saytı məlumat yayıb. 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Beşiktaş" bu transferə görə 1 milyon 500 min avro qazanıb. Klub 1 milyon avro bonus da ala bilər.
Qeyd edək ki, "Braqa" S.Saatçının yeni qiymtini 40 milyon avro olaraq müəyyənləşdirib.