01 sentyabr 2022 13:43
439

Haalanddan tarixi uğur

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb. 

“İki sahil” xəbər verir ki, o, buna 5-ci turda "Nottinqem"lə oyunda (6:0) het-trik etməklə nail olub. Nəticədə Haaland Premyer Liqada çıxdığı ilk 5 matçda ümumilikdə 9 qol vurub. Bu isə yerli çempionat üçün rekord göstəricidir. Haaland Premyer Liqada belə nəticəyə imza atan ilk futbolçu adını qazanıb. 

Qeyd edək ki, Haaland "Mançester Siti"yə bu yay Dortmund "Borussiya"sından keçib.