01 sentyabr 2022 12:23
412

Müller Oliver Kanın rekordunu təkrarladı

"Bavariya"nın futbolçusu Tomas Müller komandanın sabiq oyunçusu Oliver Kanın rekordunu təkrarlayıb. 

“İki sahil” xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi buna ötən gün Almaniya kubokunda "Viktoriya" ilə oyunda (5:0) iştirak etməklə nail olub. O, Münhen təmsilçisində 632-ci matçını keçirib.

İndiyədək bu göstəriciyə yalnız keçmiş qapıçı Oliver Kan çata bilib. Beləliklə, Müller Kanın rekordunu təkrarlayıb.