01 sentyabr 2022 10:39
389

"Mançester Siti"də qalır

"Mançester Siti"nin futbolçusu Bernardo Silva klubdan ayrılmayacaq. 

“İki sahil” xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi özü açıqlamasında bildirib. O deyib: "Heç bir təklif almamışam. "Mançester Siti"də qalacağam. Burada xoşbəxtəm. Artıq qərarımı vermişəm". 

Qeyd edək ki, Bernardonun "Barselona" ilə razılaşdığı barədə xəbərlər yayılmışdı.