30 avqust 2022 21:51
815

Teymur Rəcəbov ikinci dəfə ata olub

Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov ikinci dəfə ata olub.

“İki sahil” xəbər verir ki,  bu barədə o, instaqram səhifəsində yazıb.

Şahmatçının qızı dünyaya gəlib.  

Xatırladaq ki, Teymur Rəcəbov RSFSR Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə bu il evlənib. Şahmatçı 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub, lakin bir müddət sonra cütlük boşanıb. Onların Məryəm adlı bir övladı var.