"Qarabağ"ın sabiq futbolçusu İbrahima Vadji Fransanın "Sent-Etyen" klubu ilə müqaviləyə avqustun 30-da imza atacaq.
“İki sahil” "Le Progres"ə istinadla xəbər verir ki, seneqallı hücumçunun sözləşməsi sol cinah müdafiəçisi Leo Petro və yarımmüdafiəçi Toma Monkondui ilə eyni gündə rəsmiləçəcək.
27 yaşlı forvardın anlaşma müddəti 3 illik olacaq.
Qeyd edək ki, İbrahima Vadjinin transferi üçün "Qarabağ"a 1 milyon avrodan çox məbləğ ödəniləcək.