29 avqust 2022 12:47
659

Obameyanq evində silahlı hücuma məruz qalıb

"Barselona" klubunun futbolçusu Pyer-Emerik Obameyanq İspaniyadakı evində silahlı hücuma məruz qalıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "El Pais" polisdəki mənbələrinə istinadən xəbər yayıb.

Bildirilir ki, ən azı 4 qarətçi 33 yaşlı hücumçunu odlu silahla hədələdikdən sonra döyməyə başlayıblar. Daha sonra onlar qaçaraq, aradan çıxıblar.

Polis araşdırmalara futbolçunun həyat yoldaşının məlumat verməsindən sonra başlayıb.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq "Barselona"ya yanvarda azad agent kimi keçib. O, İspaniya klubunda 24 oyuna 13 qol və 1 məhsuldar ötürmə müəllifi olub.