29 avqust 2022 08:34
565

Ronaldu əmək haqqının azaldılmasından narazı qalıb

"Mançester Yunayted" hücumçusu Kriştianu Ronaldunun əmək haqqının 25 faiz azaldıb.

“İki sahil” xəbər verir ki, Klubun 2022/23 mövsümündə Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün belə qərar qəbul edilib. Portuqaliyalı futbolçunun müqaviləsində müvafiq bölmə olub.

Bildirilib ki, futbolçu “Mançester Yunayted”in bu qərarından son dərəcə narazı qalıb, çünki o hesab edir ki, ötən mövsüm komandanın çıxışına ciddi töhfə verib və 18 qol vurub.