28 avqust 2022 23:49
713

Murad Musayev: İlk hissə bir az gərgin keçdi

"İlk hissə bir az gərgin keçdi. Müdafiədə səhvlərimiz oldu və cəmi 1 qol epizodu yarada bildik".

“İki sahil” xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.

Rusiyalı mütəxəssis ikinci hissədə daha yaxşı oynadıqlarını bildirib: "İlk turlardakı oyunumuzu sərgiləməyə başladıq. Psixoloji üstünlük bizim tərəfimizə keçdi və rəqibin müdafiədəki boşluqlarından yararlanıb istədiyimiz qolları vurduq".

O, qarşıdakı günlərdə yeni transferin ola biləcəyini istisna etməyib: "Bir oyunçu almaq istəyirik. Zədəlilərimiz var. Alınsa, bir futbolçu götürmək niyyətindəyik. Amma nəzərə alaq ki, zədəlilərdən başqa 22 oyunçumuz var".