"İki fərqli hissə izlədik. Komandanın oyunundan razı qaldım".
“İki sahil” xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.
42 yaşlı mütəxəssis hər iki tərəfin yaxşı mübarizə apardığını bildirib: "Mövsüm uzundur, hələ heç nə itirilməyib. Öz oyun üslubumuza sadiq qalıb, mübarizəni davam etdirəcəyik".
Həftə ərzində Pro kateqoriyası ilə bağlı ölkə xaricində olan Baxşıyev bu amilin məğlubiyyətdə hər hansı rol oynamadığını söyləyib: "Peşəkar komandayq. Heyətdə məni əvəzləyə biləcək mütəxəsisslər var. Sadəc, oyunun taleyini buraxlan ilk qol həll etdi".
O, müdafiəçi Murad Musayevin meydana çıxmamasının səbəbini də açıqlayıb: "Mikro zədəsi var idi. Riskə atmaq istəmədik".
Baş məşqçi transfer məsələsinə də toxunub: "Bu heyətlə davam edəcəyik. Amma hər şey ola bilər".