Bu gün Misli Premyer Liqasında 4-cü tura yekun vurub.
“İki sahil” xəbər verir ki, turun son oyununda “Qəbələ” “Sabah”ı qəbul edib.
Keçirdiyi hər 3 oyunda qələbə qazanan bu komandaların qarşılaşmasının 48-ci dəqiqədə “Sabah”ın futbolçusu Davit Volkov hesabı açıb. 64-cü dəqiqədə isə Coy Lens Mikels fərqi iki topa çatdırıb – 0-2. Matç bu hesabla da başa çatıb.
Misli Premyer Liqası
4-cü tur
28 avqust (bazar)
20:00. “Qəbələ” 0–2 “Sabah”
Qollar: Davit Volkov, 48, Coy Lens Mikels, 64
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu
Qəbələ şəhər stadionu
27 avqust (şənbə)
“Qarabağ” 4–0 “Şamaxı”
“Səbail” 4–1 “Kəpəz”
26 avqust (cümə)
“Neftçi” 2–1 “Zirə”
“Sumqayıt” 0–0 “Turan Tovuz”
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 3 | 3 | 0 | 0 | 9-1 | 9 |
| 2 | Qəbələ | 3 | 3 | 0 | 0 | 8-1 | 9 |
| 3 | Sabah | 3 | 3 | 0 | 0 | 8-2 | 9 |
| 4 | Neftçi | 4 | 3 | 0 | 1 | 9-5 | 9 |
| 5 | Səbail | 4 | 1 | 1 | 2 | 6-6 | 4 |
| 6 | Turan Tovuz | 3 | 1 | 1 | 1 | 1-2 | 4 |
| 7 | Zirə | 4 | 1 | 1 | 2 | 4-6 | 4 |
| 8 | Sumqayıt | 4 | 0 | 2 | 2 | 0-5 | 2 |
| 9 | Şamaxı | 4 | 0 | 1 | 3 | 2-9 | 1 |
| 10 | Kəpəz | 4 | 0 | 0 | 4 | 4-14 | 0 |
Bombardirlər:
Ramil Şeydayev ("Qarabağ") - 4 qol
Coy Lens Mikels ("Sabah") - 3 qol
Qodsvey Donyo ("Neftçi") - 2 qol
Musa Qurbanlı ("Qarabağ") - 2 qol
Sertan Taşkın ("Zirə") - 2 qol
Amil Yunanov ("Şamaxı") - 2 qol
Rövlan Muradov ("Qəbələ") - 2 qol
Ağabala Ramazanov ("Səbail") - 2 qol